Bu gündən ATV-də “Rəngarəng” və “Bizimləsən” verilişlərinin yayımı dayandırılıb
“Azad Azərbaycan” (ATV) televiziyasında Zaur Baxşəliyevin təqdimatında olan “Bizimləsən” və Zaur Nəbioğlunun “Rəngarəng” adlı verilişləri bu gündən etibarən yayımlanmayacaq.
Bu barədə məlumatı Patrul.az-a açıqlamasında Televiziyanın mətbuat katibi Ozal İbrahim təsdiqləyib.
Onun sözlərinə görə, qərar telekanalın daxili qərarıdır. Yaradıcı heyətlə rəhbərlik arasında müzakirələr isə davam edir. Televiziya sözçüsü bildirib ki, hər hansı yenilik olarsa, ictimaiyyətə əlavə məlumat veriləcək.
Qeyd edək ki, ARB telekanalında da kadr və proqram dəyişiklikləri ilə bağlı qərar qəbul edilib. Məlumata görə, sabahdan etibarən tanınmış aparıcılar Xoşqədəm Hidayətqızı və Zaur Kamalın müəllifi olduqları verilişlərin yayımı dayandırılır.
Aynur Nadirqızı






