media-inshot_20260213_192632372

“Azərbaycan nümayəndə heyətinin Ermənistanda keçirilən “Sülh körpüsü” adlı dəyirmi masada iştirakı etimad quruculuğu baxımından əhəmiyyətlidir. Bu, sülh prosesinin ümumi dinamikasına müsbət təsir edən hadisədir. Bu dəfəki səfər quru sərhəd vasitəsilə baş tutub. Bundan əvvəl, 2025-ci ilin oktyabrında da Azərbaycan vətəndaş cəmiyyəti təmsilçiləri Ermənistana səfər etmişdilər, lakin həmin səfər hava yolu ilə reallaşmışdı”.

Bu fikirləri Patrul.az-a açıqlamasında millət vəkili Könül Nurullayeva səsləndirib. 

O xatırladıb ki, rəsmilər arasında dialoq intensiv formada davam edir:

“Amma bu prosesdə vətəndaş cəmiyyətinin iştirakı və töhfəsi də vacibdir. Bu cür platformalar yekun sülh müqaviləsi ilə bağlı ümidləri də artırır. Azərbaycan hər zaman dialoqa açıq olub. Xüsusilə regionda sülh müqaviləsinin imzalanması istiqamətində danışıqların davam etdiyi bir mərhələdə töhfə kimi qiymətləndirmək olar.

Ümumiyyətlə, “xalq diplomatiyası” dövlətlərarası rəsmi danışıqlardan fərqli olaraq, vətəndaş cəmiyyəti institutları, ekspertlər, media nümayəndələri və digər ictimai aktorlar arasında qurulan dialoq və əməkdaşlıq formatlarını əhatə edir. Bu yanaşma hökumətlərdən kənar platformalarda qarşılıqlı anlaşmanı gücləndirməyə xidmət edir və rəsmi proseslər üçün sosial zəmin yaradır. Azərbaycan və Ermənistan cəmiyyətləri arasında qarşılıqlı etimad səviyyəsi uzun illər davam edən münaqişə səbəbindən ciddi şəkildə zədələndiyindən bu format həlledici hesab olunur”.

media-img-20260205-wa0103-1

“Bu dəfəki dialoq zamanı da regionda formalaşan təhlükəsizlik arxitekturası, sülhün faydaları, iqtisadi əməkdaşlıq perspektivləri, etimadın möhkəmləndirilməsində vətəndaş cəmiyyətinin rolu əsas müzakirə mövzusudur”, – deyə o əlavə edib.

Ləman Sərraf


Bənzər xəbərlər