media-img_20250901_153537_644

Hindistan Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzvlük müraciətini növbəti dəfə bloklayıb.

Patrulaz.az “AnewZ”a istinadən xəbər verir ki, Yeni Dehlinin bu mövqeyi onun Pakistanla münasibətləri və regional siyasəti ilə əlaqələndirilir.

Çin isə Azərbaycanın təşəbbüsünə dəstəyini bir daha açıqlayıb.

“Pakistan Bakı ilə Ermənistan arasında diplomatik münasibətlərin qurulmasını sülh gündəliyinin bir hissəsi kimi müzakirə etməyə razıdır”, – mənbələr bildirir.

Xatırladaq ki, Azərbaycan ŞƏT-in fəaliyyətində uzun müddətdir müşahidəçi statusunda iştirak edir.

Qeyd edək ki, təşkilatın tamhüquqlu üzvlüyü Bakıya regional əməkdaşlıqda yeni imkanlar açacaq.


Bənzər xəbərlər