Bu ölkədə məskunlaşanlara 100 min dollar ödənilir!
Son zamanlar bir çox ölkə müəyyən şəhərlərdə məskunlaşanlara təklif etdikləri təşviq proqramları ilə diqqət çəkir. Bu proqramlar arasında həmin ölkə hökumətinin verdiyi stimul diqqəti cəlb edir. Yeni ölkəyə köçmək çox vaxt yüksək xərclər və yorucu prosedurlar deməkdir. Lakin bəzi ölkələr əhalinin yaşlanması, kənd yerlərinin boşaldılması və ya işçi qüvvəsi çatışmazlığı kimi səbəblərə görə bu prosesi tərsinə çevirirlər.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, bu təşviq proqramlarını həyata keçirən ölkələr arasında Cənubi Amerikada yerləşən Çili bu baxımdan ən səxavətli ölkələrdən biri kimi seçilir. Hökumət tərəfindən dəstəklənən “Start-Up Chile” adlı proqram, ölkəyə ilkin mərhələdə texnoloji yönümlü müəssisələrin cəlb edilməsi məqsədi ilə sahibkarlara 15,000 funt sterlinq ilə 77,000 funt sterlinq arasında kapitalsız maliyyə təmin edir. Proqramın bir hissəsi olaraq, sahibkarlara təkcə maliyyə dəstəyi deyil, həm də bir illik viza, əməkdaşlıq məkanı, təlimat və resurslar təklif olunur.