Bu ölkədə qızılcadan daha bir uşaq həyatını itirdi!
Texasda son zamanlarda yayılan yüksək yoluxucu qızılca virusu bir uşağın daha həyatına son qoyub.
Patrulaz.az “BBC NEWS”a istinadən xəbər verir ki, həyatını itirən məktəkbli uşaq heç bir əsas sağlamlıq problemi olmayan və peyvənd olunmamış şəxs olub.
Sözügedən uşaq UMC Səhiyyə Sistemində müalicə olunarkən vəfat edib.
UMC-nin vitse-prezidenti Aaron Davis bildirib ki, uşağın vəziyyəti əvvəlcə stabilliyini qorusa da, daha sonra kəskinləşərək ağırlaşmalara səbəb olub: “Bu, insanların uzun illərdir bildiyi bir şeydir. Bu, yeni bir şey deyil”, – deyə Davis qeyd edib.
Xatırladaq ki, ABŞ 2000-ci ildə qızılcanın ölkədə ləğv olunduğunu açıqlamışdı. Lakin son illərdə peyvənd əleyhinə əhval-ruhiyyənin artması nəticəsində virusun yenidən yayılması halları müşahidə olunub.
Məlumata görə son ildə Texasda 480-dən çox qızılcaya yoluxması faktı qeydə alınıb.
Qeyd edək ki, bu ölkədə son həftələrdə baş verən üçüncü ölüm hadisəsidir.
Gülbəniz Səfərova