media-inshot_20250724_181944019

Böyük Britaniyada mobil rabitə xidmətlərində nasazlıqlar baş verib.

Patrulaz.az Xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin əsas mobil operatorları olan BT, EE, Three, O2 və Vodafone şirkətlərində texniki problem yaranıb.

Nasazlıq nəticəsində abunəçilər əlaqə və internet xidmətlərindən istifadə edə bilmirlər.

Rəsmilər problemin səbəbi və nə vaxt aradan qaldırılacağı ilə bağlı hələlik açıqlama verməyiblər. Hazırda nasazlığın aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Gülbəniz Səfərova


Bənzər xəbərlər