media-3a5de62d-336b-491b-89eb-c698a5924160

Rusiyada yelləncəkdən yıxılan uşağa görə ailəyə 500 min rubl təzminat təyin edilib.

Patrulaz.az “Lenta.ru”ya istinadən xəbər verir ki, Rusiyanın Tambov şəhərində ötən il uşaq meydançasında yelləncəkdən yıxılaraq onurğa sütunundan xəsarət alan qızın ailəsinə 500 min rubl məbləğində mənəvi təzminat ödəniləcək.

Bu barədə “VESTI_TAMBOV” Telegram kanalı məlumat yayıb.

Məhkəmənin qərarına əsasən, uşaq meydançasının amortizator səthlə təchiz olunmaması səbəbindən əraziyə cavabdeh kommunal idarənin müdir müavini inzibati məsuliyyətə cəlb edilib.

“Məhkəmə uşağın yaşı, çəkdiyi iztirablar və stasionar müalicə ehtiyacını nəzərə alaraq iddiaçının tələblərini təmin etdi”, – qərarda qeyd olunub.

Qeyd edək ki, məsul şəxs əlavə olaraq uşağın atasına 100 min rubl mənəvi və 5,3 min rubl maddi ziyana görə ödəniş etməlidir.

Qərar hələ qanuni qüvvəyə minməyib.

Gülbəniz Səfərova


Bənzər xəbərlər