Bu qan qrupunda insult riski daha yüksəkdir - Alimlərdən xəbərdarlıq
Alimlər qan qrupu ilə erkən insult riski arasında əlaqə aşkarlayıblar.
Patrulaz.az xəbər verir ki, Neurology jurnalında dərc olunan yeni araşdırma qan qrupu ilə 60 yaşından əvvəl insult riski arasında maraqlı əlaqəni üzə çıxarıb.
Təxminən 17 min insult keçirmiş xəstə və 600 min sağlam insan üzərində aparılan təhlillər göstərib ki:
A qan qrupunun A1 geninə sahib olanlarda erkən insult riski 16% daha yüksəkdir;
O1 geninə sahib olanlarda isə bu risk 12% daha aşağıdır;
B qan qrupu daşıyanlarda isə risk 11% artır.
Mütəxəssislərin sözlərinə görə, bu əlaqə yalnız 60 yaşdan əvvəlki insult hallarında müşahidə edilib. Daha sonrakı yaşlarda isə bu risk faktoru özünü doğrultmur.
Alimlər hesab edir ki, bu fərq qanın laxtalanma xüsusiyyətləri və damar funksiyası ilə bağlı ola bilər.
Bununla belə, tədqiqatçılar vurğulayır ki, risk fərqləri mövcud olsa da, A qan qrupuna sahib insanların əlavə monitorinqə ehtiyacı yoxdur, çünki insultların böyük əksəriyyəti hələ də 65 yaşdan yuxarı şəxslərdə baş verir.
Gülbəniz Səfərova






