media-inshot_20260209_135224499

ABŞ-ın vitse-prezidenti Cey Di Vens xanımı Uşa Vens ilə birlikdə Ermənistana rəsmi səfər edib. Bu gün axşam saatlarında Ermənistanın Baş naziri Nikol Paşinyanla təkbətək görüşəcək Cey Di Vensin bu səfəri fevralın 10-da başa çatacaq və Vens dərhal Bakıya yola düşəcək.

Bəs bu səfərlərin əhəmiyyəti nədən ibarətdir?

Mövzu ilə bağlı Milli Məclisin deputatı Azər Badamov Patrul.az-a fikirlərini bölüşüb.

O hesab edir ki, ABŞ-nin vitse-prezidenti Devid Vensin Ermənistana və Azərbaycana səfəri regionumuzda sabitliyin və davamlı sülhün bərqərar olunması baxınmından çox əhəmiyyətlidir:

“ABŞ-nin Cənubi Qafqaza belə yüksək səviyyəli rəsmi səfərləri çox nadir hallarda olur. Bu baxımdan Vensin səfərini həm də tarixi bir hadisə adlandırmaq olar. Səfərin kökündə bir neçə vacib məsələ dayandığını düşünürəm. Bu, ilk növbədə 8 avqustda imzlanmış razılaşmaların həyata keçirilməsini rəsmi Vaşinqtonun diqqətdə saxladığının nümayişidir”.

media-inshot_20260209_133201505

Millət vəkili Azərbaycan və Ermənistan dövlət başçılarının Vaşinqtona səfəri zamanı ölkələrimiz arasında sülh müqaviləsinin paraflanmaqla yanaşı ayrı-ayrılıqda ABŞ ilə ikitərəfli əməkdaşlığın genişləndirilməsi ilə bağlı razılaşmaların əldə olunduğunu xatırladıb:

“Belə ki, ABŞ-Ermənistan arasında TRİPP layihəsinin icrası və atom enerji sahəsinin yenidən qurulmasında iştirakı məsələləri Ermənistanla razılaşdırılmışdır. Vensin Ermənistana səfəri çərçivəsində bu məsələlər ətrafında yeni sənədlər imzalana və layihələrin konkret icrası mərhələsinə qədəm qoyula bilər. Azərbaycana səfəri çərçivəsində də Azərbaycan-ABŞ əməkdaşlığının inkişaf etdirilməsi istiqamətləri bir daha müzakirə oluna və Zəngəzur dəhlizində apardığımız tikinti işləri ilə tanışlıq əsas məsələ olacaqdır. Yəni , ABŞ prezidenti Donald Tramp bütün diplomatik sövdələşmələri kommersiya üzərindən həyata keçirir. Bu baxımdan Vensin Cənubi Qafqaza səfəri həm də ABŞ-nin regional layihələrdə iştirakında israrlı olduğunu bir daha təsdiq edir”.

“Ümumiləşdirsək deyə bilərik ki, Devid Vensin səfəri, ABŞ-nin Cənubi Qafqazda rolunu gücləndirmək və hər iki ölkə ilə daha sıx əməkdaşlıq qurmaq istəyinin bir göstəricisi olaraq qiymətləndirilə bilər”,- deyə o əlavə edib.

Ləman Sərraf


Bənzər xəbərlər