media-gemini_generated_image_6wheff6wheff6whe

Küçələrdə əlini açıb pul istəyən klassik dilənçilərin dövrü artıq geridə qalır. İndi bu proses daha modern, daha rahat və daha gəlirli bir formaya keçib: rəqəmsal dilənçilik. Smartfonu olan hər kəs evinin bir küncündə canlı yayım açaraq asan yoldan pul qazanmağın “yaradıcı” üsullarını tapır. Cəmiyyəti daxildən gəmirən bu yeni nəsil asılılıq və qazanc qapısı artıq sadə bir sosial şəbəkə trendi deyil, ciddi bir sosial problemdir.

Patrul.az-ın araşdırmalarına görə, canlı yayımlarda virtual “hədiyyə” və jeton toplamaq üçün insanların etmədiyi rəzalət qalmır:

Ekranın bir küncünə bank kartı və ya onlayn pulqabı nömrələrini (məsələn, MilliÖN, eManat rekvizitləri) sabitləyib, birbaşa nağd pul dilənənlərin sayı kəskin artıb. İnsanlar heç bir iş görmədən, sadəcə kameraya baxaraq izləyicilərdən “günlük xərc pulu”, və ya “yemək pulu” tələb edir və bu yolla gündəlik tələbatlarını başqalarının hesabına qarşılayırlar.

Bir çox valideyn daha çox izləyici və acıma hissi toplamaq, karta daha çox pul köçürülməsinə nail olmaq üçün azyaşlı uşaqlarını gecə saatlarında canlı yayımlara alət edir.

Platformalarda və birbaşa kartlar vasitəsilə gün ərzində minlərlə manat pul dövr edir. Həm gənc nəsildə “işləmədən zəngin olmaq” psixologiyası yaradır, həm də cəmiyyətin dəyərlər sisteminə ağır zərbə vurur.

Rəqəmsal dilənçilik sadəcə bir əyləncə deyil, insanların sosial və psixoloji böhranından bəhrələnən müasir bir tələdir. Ekran qarşısında bank kartı yerləşdirib pul naminə tökülən mənəviyyat, real həyatdakı səfalətdən daha təhlükəlidir. Bu sahədə həm hüquqi tənzimləmələrə, həm də ciddi ictimai qınağa ehtiyac var.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər