media-img_7882

Şıxov çimərliyindən redaksiyamıza narahatedici videogörüntü daxil olub.

Patrul.az xəbər verir ki, kadrlarda sahil ərazisində yerləşən uzun boru vasitəsilə birbaşa Xəzər dənizinə çirkab suya bənzər mayenin axıdıldığı görünür. Görüntülərin məhz Şıxov çimərliyində çəkildiyi bildirilir.

Məsələ yerli sakinlər və istirahətə gələn vətəndaşlar arasında ciddi narahatlıq doğurub. Hazırda videoda əks olunan mayenin tərkibi və dənizə axıdılan suyun mənbəyi məlum deyil.

Qeyd edək ki, təmizlənməmiş tullantı sularının dənizə axıdılması ekoloji tarazlığa ciddi zərər vura, həmçinin dəniz suyunun keyfiyyətinə və insanların sağlamlığına mənfi təsir göstərə bilər.

Ümid edirik ki, aidiyyəti qurumlar məsələni araşdıracaq, videoda əks olunan faktlara hüquqi qiymət veriləcək və ictimaiyyətə ətraflı məlumat təqdim olunacaq.


Bənzər xəbərlər