media-img_7874

Şəmkir rayonunun Qədimqala kənd sakini Qurbanov Sənan Zakir oğlu Patrul.az redaksiyasına müraciət edərək başına gələn hadisə ilə bağlı aidiyyəti qurumlardan kömək istəyib.

Onun sözlərinə görə, həmkəndlisi Əlizadə Ömər Azər oğluna 1000 manat borcu olub. Sənan Qurbanov bildirir ki, borcun qaytarılması ilə bağlı aralarında yaranan narazılıqdan sonra gözlənilməz hadisə baş verib.

Şikayətçinin iddiasına əsasən, gecə saat 03:00 radələrində Əlizadə Ömər Azər oğlu onun yaşadığı ünvana gələrək həyətə daxil olub və həyətdə saxlanılan avtomobilini yandırıb. Nəticədə avtomobil tamamilə yanaraq külə dönüb və istifadəyə yararsız vəziyyətə düşüb.

Qurbanov Sənan Zakir oğlu hadisənin araşdırılmasını, ona dəymiş maddi ziyanın ödənilməsini xahiş edir. O, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarından obyektiv araşdırma aparılmasını xahiş edir.


Bənzər xəbərlər