media-img_7857

Qan xərçəngindən əziyyət çəkən yeniyetmənin arzusu gerçəkləşib.

Patrul.az xəbər verir ki, “Azərbaycan Bikers və Kuryerlər Birliyi”nin təşəbbüsü ilə dünən Sumqayıtda yaşayan, qan xərçəngindən əziyyət çəkən və motosikletlərə böyük maraq göstərən 14 yaşlı yeniyetmə ziyarət olunub.

Moto həvəskarları onunla görüşərək mənəvi dəstək göstərib, birlikdə xoş və yaddaqalan anlar yaşayıblar. Motosikletləri yaxından görmək və motoçularla tanış olmaq imkanı qazanan yeniyetmənin sevinc dolu anları iştirakçılara duyğulu anlar yaşadıb.

Bu görüş bir daha göstərib ki, birlik, həmrəylik və qayğı insanların həyatına ümid, sevinc və xoşbəxtlik bəxş edə bilir.


Bənzər xəbərlər