Cəlilabad və Masallının bir sıra kəndlərində elektrik təsərrüfatı yenilənir
“Azərişıq” ASC Cəlilabad və Masallı rayonlarının bir sıra kəndlərində elektrik təsərrüfatını yeniləyir.
Patrulaz.az səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən vətəndaşların dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə paytaxt və regionlarda yenidənqurma işləri davam etdirilir.
Cəlilabadın Komanlı, Rüstəmabad və Bəcirəvan kəndlərində 0,4 və 10 kV-luq yeni metal dayaqlar əkilir, müasir elektrik xətləri çəkilir, açıq naqillərin yerinə müasir tipli Özünüdaşıyan İzolyasiyalı Naqillər (ÖİN) çəkilir. Köhnəlmiş sayğaclar həyətyanı sahələrdən kənarlaşdırılaraq yeni smart sayğaclarla əvəz olunur. Ümumilikdə 9 Kompleks Transformator Məntəqəsinin (KTM) quraşdırılması nəzərdə tutulub.