Cənubi Koreya: BMT Şimali Koreyanın pilotsuz təyyarələrlə bağlı araşdırma tələbini rədd edir
Cənubi Koreya Xarici İşlər Nazirliyinin rəsmisi bildirib ki, Birləşmiş Millətlər Təşkilatına (BMT) bağlı olan Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Şimali Koreyanın pilotsuz uçuş aparatları ilə bağlı araşdırma tələbini rədd edib.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Cənubi Koreyadakı adı açıqlanmayan Xarici İşlər Nazirliyinin rəsmisi Şimali Koreyanın fevral ayında ICAO-ya təqdim etdiyi sorğu barədə danışıb. Rəsmi məlumat verib ki, Şimali Koreyanın Seul administrasiyası tərəfindən 2024-cü ilin oktyabrında paytaxt Pxenyana göndərildiyini iddia etdiyi İHA-ların araşdırılması tələbi ICAO-nun iclasında yekdilliklə rədd edilib.
Qeyd edək ki, Fevralın 10-da Şimali Koreya ICAO-dan 2024-cü ilin oktyabrında Cənubi Koreya tərəfindən paytaxt Pxenyana göndərildiyini iddia etdiyi İHA-ları araşdırmağı tələb etmişdi.