Cənubi Koreyada keçmiş prezidentin yerinə namizədlər kimlərdir?
Cənubi Koreyada prezident seçkiləri iyunun 3-də keçiriləcək.
Patrulaz.az “BBC NEWS”a istinadən xəbər verir ki, Cənubi Koreyada növbədənkənar prezident seçkiləri 2025-ci il iyunun 3-nə təyin edilib. Seçkilər Prezident Yoon Suk Yeolun impiçmentindən sonra baş verən siyasi böhran fonunda keçiriləcək.
Xatırladaq ki, ölkə parlamenti 2024-cü ilin dekabrında prezident Yoonu hərbi vəziyyət elan etdiyi üçün impiçment edib. Konstitusiya Məhkəməsi aprelin 4-də impiçmenti təsdiqləyərək, 60 gün ərzində yeni prezident seçkisinin keçirilməsinə qərar verib. Prezident səlahiyyətlərini icra edən baş nazir Han Duck Soo tarix açıqlayaraq deyib: “Ölkənin yaralardan tez sağalması və yuxarı və irəli getməsi üçün seçkilər vacibdir,-deyə qeyd edib.
Han Duck Soo çıxışında əlavə edib: “Son dörd ayda insanlarda çaşqınlıq və narahatlıq yaratdığım üçün və prezident vakansiyasının bu təəssüf doğuran vəziyyəti ilə üzləşdiyim üçün səmimi qəlbdən üzr istəyirəm”.
Xatırladaq ki, prezident Yoon hərbi vəziyyət elan edərkən Şimali Koreya və “anti-dövlət qüvvələri”ni əsas gətirmişdi. Lakin sonradan məlum olub ki, bu addımın arxasında daha çox daxili siyasi böhran dayanırmış. O, hazırda qiyam ittihamı ilə ayrıca cinayət məsuliyyətinə cəlb olunub.
Qeyd edək ki, prezidentliyə iddialı ilk şəxslər arasında əmək naziri vəzifəsindən istefa verən Kim Mun Soo və hakim Xalq Gücü Partiyasının üzvü, daha əvvəl üç dəfə seçkilərdə iştirak etmiş Ahn Çeol Soo yer alır. Ən güclü namizədlərdən biri isə 2022-ci ildə Yoona az fərqlə məğlub olmuş müxalifət lideri Li Jae Myungdur.
Gülbəniz Səfərova