media-12e41d60-8240-4eb1-adfe-acab99f57aba

Cənubi Koreya prezidenti Yoon Suk Yeol impiçment qərarının Konstitusiya məhkəməsi tərəfindən təsdiqlənməsindən sonra vəzifəsindən rəsmi şəkildə uzaqlaşdırılıb.

Patrulaz.az “BBC”yğ istinadən xəbər verir ki, məhkəmə qərarı yekdilliklə qəbul olunub və bu ölkə tarixində mühüm siyasi hadisə kimi qiymətləndirilir.

Xatırladaq ki, prezident Yoon Suk Yeol hərbi vəziyyət elan edərək parlamentə qoşun yeritmək cəhdi etmişdi. Cəmi altı saat davam edən bu addım geniş ictimai etirazlara səbəb oldu, nəticədə Milli Assambleya prezidentin impiçmentini qəbul etdi.

Konstitusiya Məhkəməsinin qərarında Prezidentin hərbi vəziyyət elan etməsi və silahlı qüvvələri parlamentə qarşı yönəltməsi, demokratik və hüquqi prinsiplərə zidd olaraq, konstitusiyanın kobud şəkildə pozulması qeyd edilib.

Xatırladaq ki, Yoonun hərbi müdaxilə cəhdi ölkədə siyasi və sosial sabitliyi pozub. Bu hadisə Cənubi Koreyanın keçmiş diktatura rejimlərini və hərbi idarəçiliyini xatırladaraq cəmiyyətdə dərin narahatlıqlar yaradıb.

Qeyd edək ki, hazırda Cənubi Koreya müvəqqəti olaraq baş nazir Han Duck-soo tərəfindən idarə olunur.

Gülbəniz Səfərova


Bənzər xəbərlər