Çexiya Baş nazirinin Azərbaycana rəsmi səfəri başa çatdı - FOTOLAR
Aprelin 28-də Çexiya Respublikasının Baş naziri Andrey Babişin Azərbaycana rəsmi səfəri yekunlaşıb.
Patrul.az xəbər verir ki, Qəbələ Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Çexiyanın Baş nazirini hava limanından Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və digər rəsmi şəxslər yola salıblar.
Qeyd edək ki, səfər çərçivəsində yüksək səviyyəli görüşlər keçirilib, iki ölkə arasında strateji tərəfdaşlıq və iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub.







