media-7um7jk8gd2fgnaspfyugizsr8ewggrhgaoujgrnw_1200_1777977047

Bakıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Avropa diplomatiyasının rəhbəri Kaya Kallas arasında görüş baş tutub. 

Patrul.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüş Kallasın Bakıya səfəri çərçivəsində XİN-də keçirilir.

“Səfər dəyişən regional və qlobal dinamika fonunda Azərbaycan-Aİ əlaqələrinin və dialoqunun vacibliyini vurğulayır. Bu, qarşılıqlı hörmət və ortaq maraqlar əsasında əməkdaşlığın genişləndirilməsi üçün imkan yaradır”, – XİN-dən qeyd edilib.

media-v1dd6nw6bunxvqt6b9xlm24bfm6gksn9ioiisdfr_1200_1777977047 media-tjj0oypwihxog3e3fb6qy9a5u9vdgwcjll4dj2ki_1200_1777977047


Bənzər xəbərlər