media-960x0

“Süni intellekt həyatımızı o qədər əhatə edib ki, artıq onun kənarından özümüzü görə bilmirik”.

Patrulaz.az xəbər verir ki, bu fikirləri Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli ADA Universitetində keçirilən “Azərbaycan mətbuat tarixi” seminarlar silsiləsinin açılışında çıxışı zamanı vurğulayıb.

Onun sözlərinə görə, insanlar getdikcə özləri düşünmək və araşdırmaq əvəzinə, sualları birbaşa süni intellektə, xüsusilə də ChatGPT-yə ünvanlayırlar. Natiq Məmmədli süni intellektin vaxta qənaət baxımından faydalı olduğunu qeyd etsə də, təqdim etdiyi məlumatların dəqiqliyinə dair müəyyən sualların olduğunu vurğulayıb:

“O, vaxtımıza qənaət etsə də, verdiyi məlumatların düzgünlüyü zaman-zaman sual altına düşür”.

Qeyd edək ki, media subyektlərinin də iştirak etdiyi seminarda süni intellektin medianın gələcəyinə təsiri, informasiya ekosistemində dəyişən trendlər, milli mətbuatın yaranma tarixi, senzura və s. mövzularda müzakirələr aparılıb.

media-20250620_144913

 

Gülbəniz Səfərova

 


Bənzər xəbərlər