Çimərlik voleybolu üzrə Azərbaycan millisi Latviya açıq çempionatında iştirak edəcək
Çimərlik voleybolu üzrə oğlanlardan ibarət Azərbaycan millisi Latviya açıq çempionatında iştirak edəcək.
Patrulaz.az-a Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yığma bu gün yarışın keçiriləcəyi Riqa şəhərinə yola düşüb.
Çimərlik voleybolçuları burada latviyalı mütəxəssis Atvars Vildenin rəhbərliyi ilə fevralın 23-dək təlim-məşq toplanışı keçəcəklər.