Çin işdən çıxarılan ABŞ alimlərini özünə cəlb edir
ABŞ-də büdcə ixtisarları səbəbilə bir çox elmi işçi işsiz qaldığı bir zamanda, Çin bu boşluğu doldurmaq üçün dərhal hərəkətə keçib.
Patrulaz.az “Yahoo finance”a istinadən xəbər verir ki, 2025-ci ilin mart ayında Çinin xüsusilə Shenzhen şəhəri ABŞ-də işdən çıxarılmış alimləri və mütəxəssisləri cəlb etmək üçün LinkedIn, Craigslist kimi müxtəlif platformalarda və beynəlxalq qəzetlərdə iş elanları yerləşdirib. Bu elanlarda həmin şəxslərə ya Çinə köçmək, ya da uzaqdan işləmək imkanı təklif olunub. Onların məqsədi isə, xüsusilə süni intellekt sahəsində təcrübəsi olan alimləri cəlb etməkdir.
“Bu, Çinin qabaqcıl texnologiyalara qeyri-ənənəvi yollarla çıxış əldə etmək strategiyasının bir hissəsidir”,- deyə ABŞ kəşfiyyat analitikləri vəziyyətə münasibətlərini bildiriblər.
Qeyd edək ki, işdən çıxarılan şəxslərin bəziləri təhlükəsizlik icazələrinə və mühüm biliklərə sahib olduqları üçün daha həssas hədəf sayılırlar. ABŞ bu səbəblə işdən çıxarılma protokollarını sərtləşdirir və LinkedIn kimi platformalar saxta işə götürmə profillərini silmək üçün tədbirlər görür.
Gülbəniz Səfərova