media-fca444e0-7cc9-4672-baf0-4a1c6ad6ae81

Çin Tayvan ətrafında genişmiqyaslı hərbi təlimlərə başlayıb.

Patrulaz.az “CNN”ə istinadən xəbər verir ki, təlimlər dəniz və hava patrulları, strateji nəzarətin ələ keçirilməsi, quru və dəniz hədəflərinə zərbələr və əsas marşrutların blokadaya alınması ssenarilərini əhatə edir. Eyni zamanda, Çin Sahil Mühafizəsi də əməliyyatlarda iştirak edir.

Tayvan Müdafiə Nazirliyi isə bildirib ki, Çinin “Şandong” təyyarə gəmisi daxil olmaqla, 71 hərbi təyyarə və 19-dan çox dəniz donanması Tayvana xəbərdarlıq etmədən, adaya yaxınlaşaraq təhlükə yaradıb.

Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Jiakun hərbi təlimləri belə şərh edib: “Çinin yenidən birləşməsi qarşısıalınmaz tendensiyadır – bu baş verəcək və baş verməlidir.”

Pekinin Tayvan İşləri İdarəsinin sözçüsü Zhu Fenglian isə əlavə edib: “Tayvanın müstəqilliyi müharibə deməkdir.”

Xatırladaq ki, Çin Tayvanı öz ərazisinin ayrılmaz hissəsi hesab edir və adanın müstəqilliyini qəbul etmir. Ötən illərdə də Çin ordusu Tayvan ətrafında hərbi təzyiqi artıraraq oxşar təlimlər keçirmişdi.

Qeyd edək ki, Tayvan Müdafiə Nazirliyi Çin təyyarə və gəmilərinin təhlükəli yaxınlaşmasına cavab olaraq öz ordusunu yüksək hazırlıq vəziyyətinə gətirib və sahil raket sistemlərini yerləşdirib.

Gülbəniz Səfərova


Bənzər xəbərlər