media-ea11e5bb-0c20-47e7-8e4b-3c7ffa4a657c

Çində qocalar evində dəhşətli yanğın baş verib.

Patrulaz.az “The Guardian”a istinadən xəbər verir ki, Çinin Hebey əyalətində yerləşən qocalar evində baş verən yanğın nəticəsində 20 nəfər həlak olub.

Rəsmi dövlət xəbər agentliyi “Sinxua”nın verdiyi məlumata görə, yanğın gecə saatlarında qeydə alınıb.

“Qocalar evində olan digər sakinlər təxliyə olunaraq, müvafiq tibbi müşahidə və müalicə üçün yaxınlıqdakı xəstəxanalara yerləşdirilib”, – deyə Sinxua agentliyinin məlumatında bildirilir.

Gülbəniz Səfərova


Bənzər xəbərlər