"Crocus City Hall" terrorunda insanlar sağ qalmaq üçün bunu ediblər - ŞOK AÇIQLAMALAR
Martın 22-də Moskvada fəaliyyət göstərən “Crocus City Hall”da törədilən terror aktından sağ çıxan konsert iştirakçıları məhkəmədə şok açıqlamalar veriblər.
Patrulaz.az “Lenta.ru”ya istinadən xəbər verir ki, sağ qalan ziyarətçilər terrorçulardan xilas olmaq üçün özlərini ölü kimi göstərməyə məcbur olduqlarını bildiriblər.
Məhkəmədə ifadə verən şahidlərdən biri qeyd edib:
“Qonaqlar hara qaçacaqlarını bilmirdilər və terrorçuların güllələrindən ölməkdən qorxurdular. Buna görə də bəziləri özlərini ölü kimi göstərərək xilas olmağa çalışdılar”.
Terror aktı iıə bağlı aparılan istintaq zamanı terrorçulardan biri Ukraynadan maliyyələşdiyini etiraf edib.
Xatırladaq ki, 2024-cü il martın 22-də “Crocus City Hall”da “Piknik” rok qrupunun çıxışı zamanı baş verən hücum nəticəsində 149 nəfər həlak olub, 300-dən çox insan yaralanıb.






