media-inshot_20250730_113112528

Varşavada təhsil alan azərbaycanlı və türkiyəli tələbə hücuma məruz qalıb.

Patrulaz.az xəbər verir ki, Polşanın paytaxtında 10–15 nəfərlik qrup tələbələrə bibər qazı ilə hücum edib.

Zərərçəkənlər gözlərini aça bilməyib, nəfəs almaqda ciddi çətinlik yaşayıblar. Hadisə yerinə gələn təcili yardım briqadası yalnız ilkin tibbi yardım göstərib, lakin tələbələri xəstəxanaya aparmayıb.

Hücum edənlər isə hadisə yerindən qaçaraq izlərini itiriblər.

Hücum zamanı yaralanan azərbaycanlı tələbə İbrahim Talışinski bildirib ki, dəfələrlə Azərbaycanın Varşavadakı səfirliyinə zəng etsə də, cavab ala bilməyib:

“Türkiyəli dostum öz səfirliyinə zəng etdi, dərhal cavab verdilər. Bizimkilər isə zənglərə belə cavab vermədi. Mən bu hadisədən sonra görmə qabiliyyətimin 7 faizini itirmişəm”.

Qeyd edək ki, hadisə ilə bağlı hələlik Azərbaycan səfirliyindən və ya aidiyyəti qurumlardan rəsmi açıqlama verilməyib. Hücumun irqçi motivli olduğu ehtimal edilir.


Bənzər xəbərlər