Danimarka geri çəkilmir: “ABŞ Qrenlandiyanı ala bilməyəcək”
Danimarkanın baş naziri Mette Frederiksen Qrenlandiyaya səfəri zamanı ABŞ-nin Qrenlandiyanı ala bilməyəcəyini bildirib.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Danimarkanın baş naziri Mette Frederiksen muxtar bölgə olan Qrenlandiyaya səfər edib. Qrenlandiyanın Danimarkanın ayrılmaz bir parçası olduğunu vurğulayan Frederiksen, ABŞ-nin Qrenlandiyanı ala bilməyəcəyini deyib.
Frederiksen bildirib ki, qrenlandiyalıların Danimarkada bərabər hüquqlara sahib olması üçün işlərini davam etdirməlidirlər: “Xarici siyasət, təhlükəsizlik strategiyaları və geosiyasi məsələləri müzakirə etməli və bu çətin dövrdə birlikdə hərəkət etməliyik”- deyə, o bildirib.
Səbinə Hüseynli