Daşkəsəndə "Niva" aşdı - 2 nəfər xəsarət aldı
Daşkəsəndə yol nəqliyyat hadisəsi baş verib.
Patrul.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Əmirvar kəndi ərazisində qeydə alınıb.
“Niva” markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza zamanı 1994-cü il təvəllüdü A.Quliyev və daha bir nəfər xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.






