media-img-20260723-wa0086

Göygöl rayonunun iki kəndini bağlayan körpü uzun müddətdir ki, qəzalı vəziyyətdədir.

Bu barədə Patrul.az-a rayonun Sarısu kənd sakini Kamran Verdiyev məlumat verib.

Sakinin sözlərinə görə, Çaykənddən Sarısu istiqamətinə gedən magistral yoldakı bu körpü kəndlilərin istifadə etdiyi ən işlək və əsas hərəkət marşrutudur. Körpünün bir hissəsinin uçması və yol yatağının çökməsi ərazidə ağır yol-nəqliyyat hadisələrinin baş vermə riskini kəskin şəkildə artırır.

Məlumata görə, hətta yaxın günlərdə məhz bu qəzalı vəziyyət səbəbindən sözügedən ərazidə bir avtomobil qəzaya uğrayıb, digər bir nəqliyyat vasitəsi isə idarəetməni itirərək dərəyə aşıb.

K. Verdiyev yüzlərlə sakinin və sürücünün hər gün istifadə etdiyi bu strateji körpünün aidiyyəti dövlət qurumları tərəfindən qısa zamanda bərpa olunmasını xahiş edir. O, vaxtında tədbir görülməzsə, növbəti faciələrin qaçılmaz olacağını vurğulayıb.

Gülbəniz Səfərova


Bənzər xəbərlər