media-inshot_20250717_155851667

Suriyada xəstəxanaların birində onlarla insan qətlə yetirilib.

Patrulaz.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan dəhşətli görüntülərdə Əs-Suveydadakı Milli Xəstəxananın içərisində onlarla cəsədin olduğu görünür.

Hücum nəticəsində xəstəxanada çalışan tibb bacıları və müalicə alan xəstələr öldürülüb.

İddiaya görə, hücum edənlər İsrailin dəstəklədiyi druz milislərinə bağlı qrupdur.

Hücum təkcə xəstəxana ilə məhdudlaşmayıb. Əs-Suveydanın keçid məntəqəsində suriyalılarla druz qüvvələri arasında qarşıdurma baş verib və nəticədə 40-dan çox insanın ölüb, onlarla insanın isə yaralanıb.

Hazırda yayılan görüntülərdə xəstəxananın qan gölünə çevrildiyi, cəsədlərin səpələndiyi əks olunub:


Bənzər xəbərlər