media-inshot_20251010_224451682

“Düşənbədəki görüşdə Putinin söylədiyi fikirlər onu göstərdi ki, artıq gərginliklər geridə qalıb və məsələ öz həllini tapıb”.

Bu sözləri Patrulaz.az-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan ictimai-siyasi xadimi, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov oktyabrın 9-da Tacikistanın paytaxtı Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında baş tutan təkbətək görüşü şərh edərkən deyib.

Deputat bildirib ki, Rusiya vaxtında üzrxahlıq etsəydi, iki ölkə arasındakı münasibətlər indiki qədər gərgin olmazdı:

“Məlum olduğu kimi, AZAL təyyarəsinin vurulmasından sonra iki ölkə arasında münasibətlərin gərginləşməsinin şahidi olduq. Azərbaycanın tələbi yalnız ondan ibarət idi ki, bu cinayəti törədənlər cəzalandırılmalı və üzr istənilməlidir. Amma təəssüf ki, Rusiya tərəfi bunu uzun müddət etmədi. Bütün bunlar münasibətlərimizin uzun müddət gərgin qalmasına gətirib çıxardı. Biz nəzərə almalıyıq ki, Rusiya Azərbaycanın böyük qonşu ölkəsidir və coğrafiyanı dəyişdirmək də qeyri-mümkündür. Ona görə də Azərbaycan-Rusiya münasibətlərinin dəyişməsi və inkişafı xüsusi önəm daşıyır. Əslində zamanında Rusiya bu məsələyə açıqlama verərək üzr istəsə idi, o cümlədən günahkarları cəzalandırsaydı, o zaman məsələ vaxtında həll olardı”.

media-155914389660336166_1200x630

C. Məmmədovun sözlərinə görə, Düşənbə görüşündə verilən vədlər yerinə yetirilsə, Bakı ilə Moskva arasındakı gərginliklər aradan qalxacaq:

“Düşənbə görüşü Moskva-Bakı münasibətlərində yeni ünsiyyətin başlanğıcı olacaq. Artıq ələqalərin inkişaf edəcəyini görəcəyik. Ümid edirik ki, Rusiya hökuməti növbəti günlərdə Putinin verdiyi açıqlamaları yerinə yetirmək üçün işlərə başlayacaqdır. Biz sözün həqiqi mənasında münasibətlərin normallaşmasının yeni mənzərəsinə şahid olacağıq. Bu gün bu məsələ həm də regional təhlükəsizlik baxımından xüsusi önəmə və əhəmiyyətə malikdir. Yəni, bu gün biz istəyiriksə, münasibətlər inkişaf etsin, Rusiya tərəfinin üzərinə düşən məsuliyyəti yerinə yetirməsini gözləyəcəyik. Bu mənada liderlər arasında çox vacib bir görüş baş tutdu, mühum açıqlamalar verildi. Ümumlikdə bu görüş proseslərə öz müsbət təsirini göstərəcək və uzun müddət davam edən gərginlik isə tam arxada qalacaq. Tərəflər arasında əsas hədəf də budur”.

Gülbəniz Səfərova


Bənzər xəbərlər