Deputat: "Sülh müaviləsi paraflanıb, növbəti mərhələ - Ermənistan konstitusiyasından ərazi iddialarının çıxarılmasıdır"
“8 avqustda Vaşinqtonda imzalanmış razılaşmalardan sonra Azərbaycanla Ermənistan arasında sülh gündəliyi daha çox irəli aparılıb. Yəni, sülh müaviləsi paraflandı və növbəti mərhələdə Ermənistanın konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddiaları çıxarıldıqdan sonra iki ölkə arasında yekun sülh müqaviləsi imzlanacaqdır”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında deputat Azər Badamov Azərbaycan və Ermənistana arasında mövcud diplomatik münasibətləri şərh edərək deyib.
Deputatın sözlərinə görə yekun sülh müqaviləsi hələ imzalanmasa da, Bakı və İrəvan birbaşa rabitə kanalları və görüşlər vasitəsilə müzakirələri davam etdirirlər:

“Yekun sülh müqaviləsi imzlanana qədər iki ölkə arasında yaranmış bir başa rabitə kanalları vasitəsilə əlaqə saxlanılır və müəyyən məsələlər müzakirə olunur. Hər iki ölkə arasında diplomatik əlaqələr yekun sülh müqaviləsi imzalanandan sonra formalaşdırılacaqdır. Lakin buna baxmayaraq, tərəflər arasında müxtəlif səviyyələrdə görüşlər keçirlir və məsələlər müzakirə olunur.
Məsələn, dövlət başçıları beynəlxalq platformalarda ikitərəfli görüşlər keçirir, Azərbaycan öz ərazisindən Ermənistana tranzit yük daşımalarla bağlı məhdudiyyətləri birtərəfli şəkildə aradan qaldırılıb, o cümlədən də vətəndaş cəmiyyəti nümayəndələrinin görüşləri keçirilir. Bu da xalqlarımızın bir-birinə yenidən inteqrasiya olunmasına, uzun illər mövcud olmuş düşmənçilik səhifəsini birdəfəlik bağlanmasına imkan verəcəkdir. Biz qonşu ölkələrik və gec-tez diplomatik əlaqələri yaradaraq hərtərəfli əməkdaşlığa keçməyinin alternativi olmadığını hesab edirəm”.
Cəmilə Cəfərzadə






