media-55af4a41-6257-4f2c-a32b-c08dd74205d9

Son vaxtlar sosial media platformalarında imtahan ballarının artırılması ilə bağlı dələduzluq halları xeyli artıb. Qanunsuz yollarla bal artırmaq mümkündürmü? Əgər mümkündürsə, bunun qarşısını almaq üçün nə kimi tədbirlər görmək olar?

Bu barədə aprelin 8-də keçirilən mediaturda Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə Patrulaz.az-ın sorğusuna cavab verib:

“Belə məlumatlar çox təssüflər olsun ki, paylaşılır. Beynəlxalq platformalar olduqları üçün onlara nəzarət imkankanları istər-istəməz məhdud olur. Biz bir neçə dəfə bu barədə açıqlama vermişik. Yenə də qeyd edə bilərəm ki, Dövlət İmtahan Mərkəzinin məlumat bazalarına kiminsə giriş əldə etməsi mümkün deyil. Çünki sözügedən məlumat bazaları yüksək səviyyədə qorunub saxlanılır. Bizim əsas tövsiyyəmiz odur ki, insanlar belə halların dələduzluq əməlləri olduğunu bilsinlər. Ona görə də, həm valideyinlər diqqətli olmalı, o cümlədən öz övladlarını nəzarət altına saxlamalıdırlar. Çünki, abituriyentlər də belə səhifələrə inanıb, ballarını artırmaq üçün həvəslənə bilərlər. Amma onlar belə halların dələduzluq olduğunu bilməlidir. Bununla bağlı hüquq-mühafizə orqanlarına və yaxud DİM-ə konkret faktı qeyd edə bilərlər. O cümlədən, mavi tıkı olan dovlət imtahan mərkəzinin rəsmi səhifələrinə diqqət yetirməlidirlər ki, digər qeyri-səhifələrə aldanmasınlar. Təkcə bal artımı ilə bağlı deyil. Bəzi səhifələr var ki, Dövlət İmtahan Mərkəzinin adından istifadə edərək, məlumatlar paylaşırlar. Amma onlar bu prosesi dəqiq bilmədikləri üçün dm-də səhv cavablar verirlər. Bizdə öz maarifləndirmə işimizi yüksək səviyyədə qurmaqla bunun qarşısını almağa çalışırıq ki, onlar alternativ insanların mənbələrinə çata bilməsinlər”.

Gülbəniz Səfərova


Bənzər xəbərlər