DİN rəhbərliyi İmişlidəki yol qəzasında zərərçəkənləri qəbul edib
Daxili İşlər Nazirliyinin (DİN) rəhbərliyi yanvarın 18-də İmişli rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsində zərərçəkənləri qəbul edib.
DİN-in Mətbuat Xidmətindən “Patrulaz”a verilən məlumata görə, qəbulda ailə üzvlərinə hadisənin təfərrüatları, maddi sübutlar – görüntülər göstərilib, aidiyyəti üzrə istintaqın gedişi ilə bağlı məlumat verilib.
Vurğulanıb ki, DİN hadisə üzrə istintaqın obyektiv aparılması, zərərçəkənlərin hüquqlarının təmin olunması üçün bütün zəruri tədbirləri diqqət mərkəzində saxlayır.
Görüşdə zərərçəkənləri maraqlandıran suallar da cavablandırılıb.