Dominikada faciə: Gecə klubunun damı uçdu, 15 nəfər öldü
Dominikan Respublikasının paytaxtı Santo Dominqoda gecə klubunun damı uçub.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Fövqəladə Əməliyyatlar Mərkəzinin (COE) direktoru Xuan Manuel Mendez açıqlamasında 15 nəfərin həyatını itirdiyini bildirib: “Biz daha çox insanın dağıntılar altında sağ qalacağına ümid edirik”, – deyə bildirib.
Hadisə zamanı çoxlu sayda yaralının olduğu, hadisə yerinə gələn qrupların xilasetmə işlərinin davam etdiyi bildirilib. Dominikan Respublikasının Prezidenti Luis Abinader həyatını itirənlərin ailələrinə başsağlığı verib.