media-inshot_20250605_195759992

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Qaradağ rayon şöbəsinin sədri Zaur Əsgərov və Binəqədi şöbəsinin üzvü Gündüz Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Patrulaz.az “Oxu.az”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən sonuncu baxış iclasında hökm elan olunub. Qərara əsasən, Zaur Əsgərov 5 il 6 ay, Gündüz Mirzəyev isə 5 il 7 ay 2 gün müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, ötən məhkəmə iclasında dövlət ittihamçısı hər iki şəxsin yeddi il müddətinə azadlıqdan məhrum olunmasını təklif etmişdi.

Məlumat üçün bildirək ki, Zaur Əsgərov və Gündüz Mirzəyev martın 7-də saxlanılıblar. Onlara qarşı Cinayət Məcəlləsinin 281.2-ci maddəsi (dövlət əleyhinə açıq çağırışlar – təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) ilə ittiham irəli sürülüb. İşin istintaqı Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən aparılıb.


Bənzər xəbərlər