Dünya bazarında Azərbaycan nefti bahalaşdı: 1 barel 103 dollar
Dünya bazarlarında Azərbaycan neftinin qiyməti artıb.
Patrul.az xəbər verir ki, “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 8,41 ABŞ dolları və ya 8,9% artaraq 103,03 ABŞ dolları təşkil edib.
Məlumata görə, Azərbaycan neftinin əvvəlki qiyməti 94,62 ABŞ dolları olub.
Qeyd edək ki, Türkiyənin Ceyhan limanında FOB bazasında Azərbaycan neftinin bir barelinin qiyməti 99,10 ABŞ dolları səviyyəsində qeydə alınıb.
Xatırladaq ki, 2026-cı ilin dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin orta qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb.
Onu da bildirək ki, Azərbaycan neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları olub.






