Dünya bazarında qızıl bahalaşdı: Qiymətlər sürətlə artır
“Comex” birjasında aprel ayında təhvil veriləcək qızıl fyuçerslərinin qiyməti yanvarın 30-dan bəri ilk dəfə olaraq bir troya unsiyası üçün 5 150 dollar həddini keçib.
Patrul.az xəbər verir ki, bu barədə məlumat ticarət platformasının göstəricilərində əks olunub.
Bakı vaxtı ilə saat 03:08-ə olan məlumata görə, qiymətli metalın bir troya unsiyasının dəyəri 5 160 dollar təşkil edib. Bu da əvvəlki göstərici ilə müqayisədə 0,58 faiz artım deməkdir.
Saat 04:07-yə doğru isə artım sürətlənib və qızılın qiyməti 1,69 faiz yüksələrək 5 166,6 dollara çatıb.
Beləliklə, qızılın dəyəri son günlərdə müşahidə olunan yüksəliş tendensiyasını davam etdirir.






