media-inshot_20260326_203228984

Dünyanın ən çox hərbi personalına sahib 15 ölkənin siyahısı açıqlanıb.

Patrul.az xəbər verir ki, siyahıda ümumi hərbi personalın (aktiv, ehtiyat və hərbiləşdirilmiş qüvvələr) sayına görə Şimali Koreya 7,5 milyon nəfərlik ordu ilə birinci yerdədir.

İkinci yerdə 5 490 000 hərbi personal ilə Vyetnam qərarlaşıb.

Üçüncü pillədə 4 246 800 hərbi heyətlə Hindistan yer alır.

Dördüncü yerdə hazırda Ukrayna ilə müharibə aparan Rusiya gəlir. Ölkənin ümumi hərbi personalı 3 203 000 nəfərdir. Davam edən müharibə hər iki tərəfi hərbi heyət və texnika baxımından güclənməyə məcbur edib. Rusiya aktiv hərbi heyətini 1,32 milyona çatdıraraq bu göstəriciyə görə Çin və Hindistandan sonra gəlir.

Beşincisi, ən çox əhalisi olan 3,045,000 əsgərlik ordu ilə Çinidir. Çin aktiv əsgər sayına görə (təxminən 2 milyon) dünyada birincidir və hərbi texnologiyalar ilə süni intellekt sahəsində sürətlə modernləşir.

Altıncı yerdə 2 184 500 hərbi personal ilə Braziliya yer alır.

Yeddinci pillədə 2 112 800 hərbi heyətlə ABŞ qərarlaşıb. Siyahıda yeddinci olsa da, 0.0744 PowerIndex göstəricisi ilə dünyanın ən güclü ordusu hesab olunur. 895 milyard dollarlıq hərbi büdcəsi və 11 nüvə təyyarədaşıyan gəmisi ilə qlobal hərbi liderliyini qoruyur.

Səkkizinci yerdə 1 837 800 hərbi personal ilə Tayvan yer alır.

Doqquzuncu yerdə 1 501 000 hərbi heyətlə Pakistan qərarlaşıb.

Onuncu pillədə isə 1 314 500 hərbi personal ilə Misir yer alır.

Siyahının 11-ci pilləsində 1 234 500 hərbi heyətlə Kuba qərarlaşıb.

12-ci yerdə 1 094 750 hərbi personal ilə İndoneziya yer alır.

13-cü yerdə hazırda ABŞ və İsrail ilə müharibə şəraitində olan 1,000,000 əsgəri olan İran gəlir. Heyət sayına görə İran üstün olsa da (16-cı yer), hərbi texnologiya və hava hücumundan müdafiə sistemlərinə (Dəmir Qüvvə, Arrow) görə İsrail (15-ci yer) daha güclü hesab edilir.

14-cü yerdə 990 000 hərbi personal ilə Ukrayna yer alır.

15-ci pillədə isə 894 700 hərbi heyətlə Türkiyə qərarlaşıb. Ölkə 2025-ci il reytinqində dünyanın 9-cu ən güclü ordusu kimi mövqeyini möhkəmləndirib və NATO-da ABŞ Prezidenti-dən sonra ikinci ən böyük orduya sahibdir.

Cənubi Qafqaz regionunda isə Azərbaycan hərbi üstünlüyünü qoruyur. 2025-ci il üzrə beynəlxalq hesabatlara əsasən, Azərbaycan ordusu 60-cı yerdə qərarlaşıb və regionun ən güclü ordusu statusunu saxlayır. Ermənistan isə siyahıda 91-ci pillədə yer alaraq həm maliyyə, həm də texniki təchizat baxımından Azərbaycandan geri qalır. Azərbaycan zirehli texnika, hava qüvvələri və maliyyə resursları baxımından üstün mövqedədir. Ermənistan isə son illərdə Fransa və Hindistandan artilleriya sistemləri alaraq bu fərqi azaltmağa çalışır.

Gülbəniz Səfərova


Bənzər xəbərlər