media-5e11bfde-6069-4215-829a-a29bde290717

Yunanıstanın Egey dənizi adaları güclü yağışlar və tayfun səbəbilə baş verən daşqınlardan sonra təmizlənməyə çalışır.

Patrulaz.az “The Guardian”a istinadən xəbər verir ki, səlahiyyətlilər Pasxa bayramına üç həftə qalmış vəziyyəti nəzarətə almağa və təmizlik işlərini sürətləndirməyə çalışırlar: “Bu ümumi bir fəlakətdir və cəmi iki saat ərzində baş verdi”, – deyə daşqınlardan ən çox zərər görən Paros adasının meri Kostas Bizas bildirib. O, yardım çağırışı edərək əlavə edib: “Bizim əldə edə biləcəyimiz bütün köməyə ehtiyacımız var”.

Xatırladaq ki, Egey adaları bu il son 20 ilin ən güclü yağışları ilə üzləşib.

Qeyd edək ki, Yunanıstanın ən çox ziyarət edilən Paros və Mikonos adalarında yerli hakimiyyət Pasxa tətili öncəsi turistləri qarşılamağa hazır olmaq üçün təmizləmə əməliyyatlarını davam etdirir.

Gülbəniz Səfərova


Bənzər xəbərlər