media-inshot_20251216_181059611

Son illər elektron siqaretlərin istifadəsi xüsusilə gənclər arasında geniş yayılıb və bu məhsulların təhlükəsizliyi ilə bağlı müzakirələr getdikcə artır. Xüsusilə elektron siqaretlərin bir neçə nəfər tərəfindən ortaq şəkildə istifadə olunması sağlamlıq riskləri ilə bağlı ciddi narahatlıqlar yaradır.

Elektron siqaretlərin ortaq istifadəsi mikrob və virusların ötürülməsi baxımından nə dərəcədə risklidir və bu vərdiş insan sağlamlığı üçün hansı fəsadlara səbəb ola bilər?

Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Aydın Əliyev bu barədə Patrul.az-a açıqlamasında bildirib ki,siqaret, o cümlədən elektron siqaretlər, oksigen mübadiləsini pozur, mikrob və virusların ötürülməsinə şərait yaradır və ciddi onkoloji risklərə səbəb olaraq sağlamlığa yalnız zərər verir:

media-inshot_20251216_181459742

“Ümumiyyətlə, siqaretlərin heç bir xeyri yoxdur və onlardan danışmaq belə olmaz. Siqaretlər, o cümlədən nəfəs yolu ilə qəbul olunan siqaretlər, ağciyərin onkoloji xəstəliklərinin birinci səbəbidir, həmçinin iltihabi xəstəliklərdə də təsiri mövcuddur. Elektron siqaretlərin isə ən qorxulu cəhəti ondan ibarətdir ki, onların istifadəsi mikrob və virusların ötürülməsi üçün yollar yaradır. Ən əsası isə, artıq dünyada elektron siqaretlərin dodaq bəd xassəli şişlərinin inkişafında mühüm rol oynadığı məlumdur. Nə qədər ki, siqaret mövcuddur, sağlamlıqdan danışmaq mümkün deyil. Həkimlər xəstəni qəbul edərkən soruşurlar: “Siqaret çəkirsən?” Əgər xəstə siqaret çəkirsə, bəzi həkimlər onu qəbul etmirlər, çünki siqaret nəfəs yolu ilə qəbul olunur və nəfəs yolundakı oksigen mübadiləsini pozur. Qan qatılaşır və bunun nəticəsində bütün orqanların qidalanması pozulur. Yəni siqaretin heç bir xeyri yoxdur, yalnız zərər verir və başdan ayağa patoloji təsir göstərir”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər