"Ümid edirəm ki, Əliyevlə bu barədə səhifəni çevirmişik" - Putin
Rusiya Prezidenti Vladimir Putin Rusiya-Azərbaycan münasibətlərində hər hansı böhranın olmadığını bildirib.
Patrulaz.az “TASS”a istinadla xəbər verir ki, Putin Düşənbədə jurnalistlərə açıqlamasında hər iki ölkə arasındakı vəziyyəti “emosional böhran” kimi qiymətləndirib.
Rusiya lideri AZAL qəzası ilə bağlı açıqlamasında isə İlham Əliyevlə razılaşdığını və artıq məsələnin aydın olduğuni bildirib:
“Əliyevlə razılaşdıq ki, AZAL qəzasının araşdırılması obyektiv olacaq. Hazırda istintaq başa çatıb və ümumilikdə hər şey aydındır. Ümid edirəm ki, biz bu barədə səhifəni çevirmişik”.
Həmçinin, Putin Azərbaycanda rus dilindən geniş istifadə olunmasına da reaksiya verib:
“Azərbaycan praktiki olaraq rusdilli ölkədir və burada rus dili öyrənilir, bu da Rusiyayla münasibətləri inkişaf etdirmək əzmindən xəbər verir”,- deyə Putin əlavə edib.
Gülbəniz Səfərova






