Epşteyn ölüb yoxsa öldürülüb? – Şok detal ortaya çıxdı
ABŞ-də yetkinlik yaşına çatmayan qızları fahişəlik şəbəkəsinə cəlb etməkdə ittiham olunan milyarder Ceffri Epşteyn, 2019-cu ildə həbsxanada ölü tapılıb. Onun ölümünün intihar olub-olmaması ilə bağlı yeni detallar açıqlanıb.
Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyinin ekspert rəylərinə görə, Epşteynin intihar etdiyi iddia edilən gecə təcrid olunmuş mərtəbədə narıncı kostyumlu başqa bir şəxs də müşahidə olunub.
Onun əvvəlcə yuxarı mərtəOnun əvvəlcə yuxarı mərtəbəyə aparılan bir məhkum olduğu irəli sürülüb.
Daha sonra isə Ədliyyə Nazirliyinin sənədləri eyni saat və dəqiqədə çəkilmiş səsyazmaları araşdıraraq, sözügedən şəxsin narıncı çarşaf və ya yataq dəsti daşıyan naməlum həbsxana zabiti ola biləcəyini müəyyən edib. Lakin həmin şəxs barədə növbətçi zabitlər heç vaxt dindirilməyib.
Keçmiş FTB direktor müavini Dan Bongino bildirib ki, Epşteynin ölüm gecəsi eyni mərtəbədə mühafizəçidən başqa heç kim olmayıb və kameraların görüntüləri olduqca aydın imiş.
Həmçinin həmin gecə növbətçi olan qadın zabit Tova Noel, gecənin bir hissəsində binadakı məhbus sayının bir nəfər az olduğunu ifadə edib. Noel daha sonra bildirib ki, rəqəmin dəyişdiyini xatırlamır.
Epşteynin kiçik qardaşı Mark Epşteyn isə uzun müddətdir qardaşının qətlə yetirildiyinə inanır.
Qeyd edək ki, Epşteyn 2008-ci ildə uşaqları fahişəliyə cəlb etmək ittihamı ilə məhkum edilmişdi. 2019-cu ilin iyulunda isə yenidən Florida və Nyu-Yorkda həbs olunmuş, 10 avqustda isə öz çarşafı ilə asılı vəziyyətdə tapılmışdı. Ekspertizaya görə, Epşteyn intihar nəticəsində ölüb, lakin onun ölümünün ətraflı araşdırılması hələ də davam edir.






