Epşteynin yanında tez-tez görünən bu qadın kimdir? İndi haradadır? - ŞOK FAKTLAR
ABŞ-də mərhum maliyyəçi Ceffri Epşteynin cinayət işi ilə bağlı istintaq sənədlərinin açıqlanması davam edir.
Patrul.az xəbər verir ki, istintaq çərçivəsində aparılan araşdırmalara aid fotolarda Epşteynin yanında tez-tez görünən bir qadın diqqət çəkib. Məlumata görə, bu şəxs Gisleyn Maksvell olub və o, Epşteynin ən yaxın adamlarından biri sayılıb.
Prokurorluğun iddialarına əsasən, Maksvell yetkinlik yaşına çatmayan qızları Epşteynin cinsi istismarına cəlb edib və bu məqsədlə onları hazırlayıb. O, Epşteynin yaratdığı cinsi istismar və insan alveri şəbəkəsində fəal rol oynayan əsas fiqurlardan biri hesab olunur.
Qeyd edək ki, Ceffri Epşteyn 2019-cu ildə ikinci dəfə həbs edilsə də, onun yaxın əməkdaşı Gisleyn Maksvell isə 2020-ci ildə saxlanılıb. 2021-ci ildə keçirilən məhkəmə prosesində Maksvell yetkinlik yaşına çatmayanlara qarşı cinsi istismar və insan alverinə kömək etməkdə təqsirli bilinib. 2022-ci ildə isə o, 20 il müddətinə azadlıqdan məhrum edilib. Hazırda Gisleyn Maksvell ABŞ-dəki federal həbsxanaların birində cəzasını çəkir.
Qeyd edək ki, Gisleyn Maksvell 25 dekabr 1961-ci ildə Fransada anadan olub. Britaniya vətəndaşı olan Maksvell media maqnatı kimi tanınan Robert Maksvellin qızıdır. O, təhsilini İngiltərədə alıb. Uzun illər ABŞ-də yaşayan Maksvell yüksək cəmiyyətdə fəal fiqur kimi tanınıb və nüfuzlu əlaqələri ilə diqqət çəkib.






