Ərdoğan: “Terrorsuz Türkiyə hədəfinə çatdığımız zaman qarşımızda yepyeni bir səhifə açılacaq”
Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin terrorla mübarizədə əldə etdiyi irəliləyişlərə diqqət çəkərək, “Terrorsuz Türkiyə” məqsədini bir daha gündəmə gətirib.
Patrulaz.az “Haberglobal”a istinadən xəbər verir ki, Komando Məzuniyyət və Nişan Mərasimində çıxış edən dövlət başçısı bölgədəki münaqişələrin aradan qalxması və qardaşlıq ruhunun gücləndirilməsi üçün yeni addımların atıldığını bildirib.
Dövlət başçısı, həmçinin qeyd edib: “Terrorsuz Türkiyə məqsədimizə çatmaq üçün qardaşlığımızı daha da gücləndirmək üçün addımlar atırıq. Bu günə qədər böyük səbr, qətiyyət və həssaslıqla prosesi idarə etdik. Nəticə əldə edənə qədər eyni iradəmizi qoruyacağıq.Terrorsuz Türkiyə hədəfinə çatdığımız zaman qarşımızda yeni bir səhifə açılacaq”.
-deyə o bildirib
O, həmçinin qeyd edib ki, Suriyanın şimalında və İraqda aparılan hərbi əməliyyatlar nəticəsində terror şəbəkələri mənbəyində zərərsizləşdirilməyə başlanılıb.
Qeyd edək ki, Ərdoğan çıxışı zamanı həm daxili təhlükəsizlik məsələlərinə, həm də regional sabitliyə toxunub. O, Suriyada sülhün təmin olunmasını, Qəzzada qətliamların dayandırılmasını və Rusiya-Ukrayna müharibəsinin ədalətli sülhlə başa çatmasını arzuladığını da vurğulayıb: “Türkiyə Cümhuriyyəti sülhün, əmin-amanlığın və sabitliyin tərəfindədir. Bölgəmizdə yeni böhranların yaranmasını istəmirik”.
Gülbəniz Səfərova