media-inshot_20251021_144815788

Ermənistan Azərbaycanın bəyanatını alqışlayıb.

Patrulaz.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə mətbuata bəyanatında Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətlərin aradan qaldırıldığını açıqlayıb.

Bu addımı Ermənistanın Baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan yüksək qiymətləndirib:

“Bu addım regional kommunikasiyaların açılması, qarşılıqlı etimadın möhkəmlənməsi və Ermənistanla Azərbaycan arasında Vaşinqtonda əldə olunmuş razılaşmalara uyğun şəkildə sülhün institusionallaşması baxımından mühüm əhəmiyyət kəsb edir”, – deyə Nazeli Bağdasaryan bildirib.


Bənzər xəbərlər