media-inshot_20260113_133703508

“Ermənistan heç kəslə, o cümlədən Azərbaycanla silahlanma yarışına girməyi planlaşdırmır”.

Patrul.az xəbər verir ki, bu barədə Ermənistanın müdafiə naziri Suren Papikyan yanvarın 13-də keçirdiyi mətbuat konfransında bildirib.

Nazirin sözlərinə görə, bu o demək deyil ki, Ermənistan silah alışı və modernizasiyanı dayandırır.

O qeyd edib ki, planlar mövcuddur, hər hansı bir ziddiyyət yoxdur və ehtiyat planlar müzakirə olunmalı deyil, hər şey proqnozlaşdırıldığı kimi davam edir. (APA)


Bənzər xəbərlər