Filippindən havaya qalxan təyyarə sərnişin salonunda tüstü aşkarlandığı üçün məcburi eniş edib
Filippindən ABŞ-a havaya qalxan təyyarə sərnişin salonunda tüstü aşkar edildikdən sonra kursunu dəyişmək məcburiyyətində qalıb və təcili eniş edib.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, “Phil Star” qəzetinin məlumatına görə, paytaxt Maniladan ABŞ-ın Los-Ancelesə uçan Filippin Hava Yollarına məxsus PR102 reysinin kondisioner blokundan tüstü çıxması aşkar edilib.
İçərisində 355 sərnişin və ekipaj üzvü olan təyyarə Yaponiyanın paytaxtı Tokiodakı Haneda hava limanına məcburi eniş edib.
Aviaşirkətdən verilən açıqlamada Filippin Nəqliyyat Departamenti və Hanedadakı yerli hava limanı rəhbərliyi ilə koordinasiyada işlədiyi və təyyarədəki sərnişinlərin təhlükəsiz şəkildə təxliyyə edildiyi bildirilib.
Hadisə ilə bağlı araşdırma aparılır.