media-60a71142-aac7-4870-b0a5-628248bfb176

Azərbaycanda son illərdə məktəbli uşaqların çantalarının ağır olması onlarda müxtəlif sağlamlıq problemləri yaradır.

Patrul.az olaraq Uzman fizioterapevt Əziz Dəvrişovdan məsələ ilə bağlı açıqlama aldıq.

media-58349bf3-1d2a-42da-bfdd-28c78cf190ae

O, bildirib ki, fizioterapevt olaraq praktikada tez-tez məktəb yaşlı uşaqlarda qamət və onurğa problemləri ilə qarşılaşır. Bu problemlərin əsas səbəblərindən biri düzgün seçilməyən və normadan artıq ağır olan məktəbli çantalarıdır. Uşaqlıq dövrü onurğa və əzələ sisteminin formalaşdığı mərhələ olduğu üçün bu dövrdə yanlış yüklənmə gələcəkdə ciddi sağlamlıq problemlərinə yol aça bilər:

“Ağır məktəb çantası onurğaya əlavə yük salır, əzələlərdə gərginlik yaradır və uşağın duruşunu pozur. Çanta tək çiyində daşındıqda və ya bədən ölçüsünə uyğun olmadıqda yük bərabər paylanmır. Nəticədə bel və boyun ağrıları, çiyin asimmetriyası və zamanla onurğa əyrilikləri yarana bilər.

Fizioterapevtik yanaşmaya görə, məktəbli çantasının çəkisi uşağın bədən çəkisinin 10 – 15 faizindən artıq olmamalıdır. Çanta iki çiyinlə daşınmalı, çiyin qayışları yumşaq və tənzimlənən olmalıdır. Arxa hissəsi bel nahiyəsini dəstəkləməli və çanta beldən aşağı sallanmamalıdır. Bu, onurğanın düzgün vəziyyətdə qalmasına kömək edir.

Valideynlərə tövsiyəm odur ki, uşaqların çantalarını mütəmadi olaraq yoxlasınlar və artıq əşyaları çıxarsınlar. Uşaqlara düzgün oturma və çantanı doğru taxmaq vərdişləri öyrədilməlidir.

Unutmayaq ki, erkən yaşlarda qazanılan düzgün vərdişlər gələcəkdə duruş və onurğa problemlərinin qarşısını alır.
Sağlam onurğa sağlam gələcəyin əsasını təşkil edir.”


Bənzər xəbərlər