Bir müddət əvvəl Flora Kərimova və onun vəkili Elcan Həsənli plastik cərrah Sevinc Heydərovaya verilmiş sertifikasiya şəhadətnaməsi ilə bağlı Səhiyyəni Nazirliyini məhkəməyə vermiş və bununla bağlı sosial şəbəkələrdə paylaşım etmişdilər.

Patrulaz.az xəbər verir ki, Bakı İnzibati Məhkəməsi məsələ ilə bağlı Flora Kərimovanın Səhiyyə Nazirliyinə qarşı iddiasını mümkün saymayıb. Belə ki, məhkəmə bununla bağlı 22.01.2025-ci il tarixində qərar çıxarıb.

Qeyd edək ki, Flora Kərimova Sevinc Heydərovaya qarşı iddiasında iki məhkəmədə də uduzub. Hətta Apelyasiya da onun iddiasını təmin etməyib.


Bənzər xəbərlər